"Beynəlxalq Bank"ın 13,5 min manatlıq səhm paketi satılıb

  • 16 Mart, 2019 11:24

“Bakı Fond Birjası”nda 14 martda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 1 əqd bağlanılıb.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, təkrar bazarda bankın hər birinin nominal dəyəri 0,27 manat olan 50 minlik (13 500 manatlıq) səhm paketi satılıb. Alqı-satqıda iştirak edən tərəflər haqda məlumat açıqlanmır.

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı”nın səhmlərinin 91,40%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məsələri Dövlət Komitəsinə, 0,11%-i “Aqrarkredit” QSC-yə, 0,32%%-i hüquqi və 4,42%-i fiziki şəxslərə məxsusdur.