“Beynəlxalq Bank”ın sədrindən dividend ödənişi ilə bağlı - AÇIQLAMA

  • 9 Oktyabr, 2019 10:24
“Beynəlxalq Bank”ın sədrindən dividend ödənişi ilə bağlı - AÇIQLAMA

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzun fasilədən sonra bu il səhmdarlarına dividend ödəmək istəyi Bankın səhmlərinin bahalaşdırılması və özəlləşdirilməsi ilə bağlı deyil”.

“Finans.az” xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

“Dividend ödənişi hər bir sağlam, mənfəəti olan bankda adi haldır”, - deyə o, qeyd edib.

Bununla yanaşı, sədr dividend ödənişinin nə qədər olacağını açıqlamayıb: "Buna səhmdarlar qərar verəcəklər".

A.İbrahimov həmçinin əlavə edib ki, Bankın sağlamlaşdırılması ilə bağlı işlər artıq başa çatıb.

Xatırladaq ki, oktyabrın 11-də ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.


Mənbə: report.az