"Beynəlxalq Bank"ın maliyyə vəziyyəti məlum oldu

  • 15 Aprel, 2019 14:31

"Azərbaycan Beynəlxalq Bankı" 31 mart 2019-cu il üzrə fəaliyyət göstəricilərini açıqlayıb.

2019-cu ilin ilk rübünə "Azərbaycan Beynəlxalq Bankı"nın aktivləri 8 mlrd. 461 mln. 264 min manat təşkil edib. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,69% çoxdur.

Bu dövrdə bankın kredit portfeli 1 mlrd. 937 mln. 769 min manat olub ki, bu da ötən mart göstəriciləri ilə müqayisədə 16% çoxdur.

Bankın cəmi öhdəlikləri 1 il ərzində 2%-ə yaxın azalaraq 7 mlrd. 162 mln. 517 min manata düşüb.

KAPİTALI ARTIB.

Bankın cəmi kapitalı isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 18,6% artaraq 1 mlrd. 298 mln. 747 min manat təşkil edib.

MƏNFƏƏTDƏDİR.

"Azərbaycan Beynəlxalq Bankı" cari ilin ilk rübünü 130 mln. 345 min manat xalis mənfəətlə başa vurub.

Bu dövrdə bankın xalis faiz gəlirləri 85 mln. 254 min manat, xalis qeyri-faiz xərcləri isə 99 min manat təşkil edib. Əməliyyat mənfəəti 85 mln. 155 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 45 mln. 190 min manat ayırıb.