"Beynəlxalq Bank"ın indi də 13 minlik səhm paketi satıldı

  • 12 Aprel, 2019 09:37

“Bakı Fond Birjası”nda aprelin 9-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 1 əqd bağlanılıb.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, təkrar bazarda bankın hər birinin nominal dəyəri 0,27 manat olan 13 minlik (3 510 manatlıq) səhm paketi satılıb. Alqı-satqıda iştirak edən tərəflər haqda məlumat açıqlanmır.

Qeyd edək ki, bu 2019-cu ildə bankın səhmlərinin alqı-satqısı üzrə artıq üçüncü əqddir. Belə ki, ötən ayın ortalarında təkrar bazarda Beynəlxalq Bankın 50 minlik (13 500 manatlıq), bu ayın əvvəlində 14 minlik (3 780 AZN) səhm paketi satıldı.

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı”nın səhmlərinin 91,40%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məsələri Dövlət Komitəsinə,0,11%-i “Aqrarkredit” QSC-yə, 0,32%%-i hüquqi və 4,42%-i fiziki şəxslərə məxsusdur.