"Beynəlxalq Bank"da 300 milyonluq mənfəət - HESABAT

  • 22 İyul, 2019 13:07

"Azərbaycan Beynəlxalq Bankı" 30 iyun 2019-cu il üzrə fəaliyyət göstəricilərini açıqlayıb.

2019-cu ilin ilk rübünə "Azərbaycan Beynəlxalq Bankı"nın aktivləri 8 mlrd. 487 mln. 726 min manat təşkil edib. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.

Sözügedən dövrə bankın kredit portfeli 2 mlrd. 16 mln. 858 min manat olub ki, bu da ötən mart göstəriciləri ilə müqayisədə 20% çoxdur.

Bankın depozit portfeli isə 1 il ərzində 22% böyüyərək cari ilin ilk yarısında 4 mlrd. 625 mln. 104 min manat olub. Cəmi öhdəliklər isə2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,2% artaraq 7 mlrd. 17 mln.793 min manat olub.

KAPİTALI ARTIB.

Bankın cəmi kapitalı isə bir il ərzində 23,7% artaraq 1 mlrd. 469 mln. 933 min manat təşkil edib.

"Azərbaycan Beynəlxalq Bankı" cari ilin ilk rübünü 300 mln. manat xalis mənfəətlə başa vurub.

Bu dövrdə bankın xalis faiz gəlirləri 171 mln. 434 min manat, xalis qeyri-faiz xərcləri isə 7 mln. 391 min manat təşkil edib. Əməliyyat mənfəəti 164 mln. 43 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 136 mln. 297 min manat azaldıb və ilin ilk yarısını 300 mln. 340 min manat mənfəətlə başa vurub.