Beyləqanın bir neçə kəndində qaz təchizatı dayandırılacaq

  • 6 Avqust, 2019 11:56
Beyləqanın bir neçə kəndində qaz təchizatı dayandırılacaq

Bu gün saat 14:00-dan etibarən işlər başa çatanadək Beyləqan rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Finans.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərində sazlama işləri aparılacaq.