Bərpa olunan mənbələrdən elektrik enerjisinin qlobal istehsalı bu il 7% artacaq

  • 11 Noyabr, 2020 17:18
Bərpa olunan mənbələrdən elektrik enerjisinin qlobal istehsalı bu il 7% artacaq

COVID-19 pandemiyasının yaratdığı böhranla əlaqədar neft, qaz və kömür kimi enerji sektorlarında müşahidə edilən azalmalardan fərqli olaraq, bərpa olunan energetika sahəsi bu il davamlı şəkildə genişlənir.

"Finans.az"ın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (EIA) hesabatında deyilir.

Qeyd olunur ki, bu il bərpa olunan energetika sahəsinin böyüməsinin əsas hərəkətverici qüvvələri ABŞ və Çindir. Eyni zamanda, bərpa olunan mənbələrdən – yəni günəş, külək və hidroelektrik stansiyalardan elektrik enerjisinin istehsalının ümumi gücü 2020-ci ilin sonuna kimi rekord səviyyəyə – 200 qiqavatta çatacaq.

Hesabatda qeyd olunur ki, bərpa olunan energetika sahəsi bu il qlobal enerji bazarında elektrik enerji istehsalının 90% artımını təmin edəcək. Ümumilikdə, bərpa olunan mənbələrdən elektrik enerjisinin qlobal istehsalı cari ildə 7% artacaq.