Benzin və dizel istehsalı artıb

  • 17 Sentyabr, 2018 14:07
Benzin və dizel istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 092,6 mln. manat olmaqla əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,6% artıb.

Dövlət Statistika Komitəsindən “Finans.az”a verilən məlumata görə, bu ilin 8 ayında ölkədə avtomobil benzininin istehsalı 0,3% artaraq 807,0 min ton olub.

Bu müddət ərzində dizel yanacağının istehsalı 12,2% artaraq 1 361,9 min ton təşkil edib.

Bu ilin yanvar-avqust aylarında sürtkü yağlarının istehsalı 2,5 dəfə artaraq 58,0 min ton, neft bitumunun istehsalı 47,2% artaraq 192,5 min olub. Neft koksunun istehsalı 26,5% artaraq 173,5 min ton olub.

Bu ilin yanvar-avqust aylarında yanacaq mazutunun istehsalı 79,8% azalaraq 50,9 min ton təşkil edib.

Bu ilin səkkiz ayında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 21,6% artaraq 151,4 min tona çatıb. Ağ neftin istehsalı isə 6,5% artaraq 418 min ton təşkil edib.