"Bentley" 145 avtomobilini geri çağırır

  • 11 İyul, 2019 12:04

"Bentley" avtomobil istehsalçısı Rusiyada 145 ədəd "New continental GT" modelindən olan avtomobillərini geri cağırır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, geri çağırma 2018-2019-cu illərdə satılan avtomobillərə şamil olunur. Problem akkumulyator batareyasında alçaq cərəyanın olması ilə əlaqədardır ki, bu nazasliq da mərkəzi konsorun ötürücülər blokunun sıradan çıxmasına səbəb ola bilər.

Geri cağırılan avtomobillərdə şirkətin öz hesabına həmin blokun proqram təminatının yenilənməsi və ya blokun özünün dəyişdirilməsi həyata keçiriləcək.