Bankların riskli aktivləri nə qədərdir? - SİYAHI

  • 14 May, 2019 14:32
Bankların riskli aktivləri nə qədərdir? - SİYAHI

Risk dərəcəsi üzrə ölçülmüş aktivlər balans aktivlərinin və balansdankənar öhdəliklərin hər birinin daşıdığı özünəməxsus risk dərəcəsinə əsasən qiymətləndirilmiş dəyəridir.

Bankların risk ölçülü aktivləri onların sahib olduqları və qiymət dəyişiminə uğraya biləcək aktivlərdir. Bu aktivlərdə qiymət dəyişikliklərinin əsas səbəbi faiz dərəcəsinin dəyişməsi, kreditin geri qaytarıla bilməməsi və bu kimi risklərdir.

Risk ölçülü aktivlər bankın daha çox gəlir əldə etməsinə səbəb olsa da, onun normadan çox olması bankı müflisləşmə təhlükəsi ilə üz-üzə qoya bilər. Belə ki, bu göstərici bankların riskli aktivləri qarşısında kapital dayanıqlığını göstərən adekvatlığı əmsalının hesablanması üçün istifadə olunur.

Həmçinin bax: Bankların kapital adekvatlığı əmsalı nə qədərdir?

"Finans.az" 2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısını təqdim edir:

Bank Riskli aktivlər
(manat)
Beynəlxalq Bank 3 179 648 000
Kapital Bank 2 253 328 000
Paşa Bank 2 204 907 000
Xalq Bank 1 863 461 880
Premium Bank 827 735 000
AccessBank 636 948 240
Atabank 59 661 2580
Unibank 550 062 000
Muğanbank 523 024 260
Bank Respublika 461 713 000
ASB Bank 449 761 120
AGBank 430 187 279
Rabitəbank 376 043 000
Nikoil Bank 293 273 330
Expressbank 292 804 000
Bank of Baku 262 992 780
Ziraat Bankı 251 372 930
NBC Bank 245 421 000
Bank BTB 235 156 000
Azər Türk Bank 224 087 640
Gunay Bank 184 649 450
AFB Bank 177 423 170
VTB Bank Azərbaycan 143 365 910
Bank Avrasiya 99 490 900
Naxçıvanbank 52 969 270
Pakistan milli bankının Bakı filialı 4 046 500