Bankların dollara tələbi daha da azalıb

  • 10 iyun, 2021 12:35
Bankların dollara tələbi daha da azalıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Finans.az” bu barədə AMB-yə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ dollarına tələb iyunun 8-nə nisbətən 12,2 milyon ABŞ dolları və ya 28,5 % azalaraq 30,6 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xatırladaq ki, ABŞ dollarına tələb iyunun 8-də əvvəlki hərraca nisbətən 2 milyon ABŞ dolları və ya 4,46 % azalaraq 42,8 milyon ABŞ dolları olub.