Banklar depozit faizlərini azaldır - ARAŞDIRMA

  • 3 Dekabr, 2018 12:30
Banklar depozit faizlərini azaldır - ARAŞDIRMA

Cari ilin noyabr ayında Azərbaycanda fəaliyyət göstərən 4 bankda əhalidən cəlb olunan manat və avro əmanətləri üzrə faiz dərəcələrinə yenidən baxılıb.

"Finans.az"ın araşdırmasına görə, “Amrahbank”da avroda cəlb olunan əmanətlər üzrə dərəcələr 1-1,2%-dən 2-2,2%-ə kimi artırılıb, milli valyutada cəlb edilən depozitlər üzrə dərəcələr BTB Bank”da 10-11%-dən 8,5-9,5%-ə, “Expressbank”da 10-10,4%-dən 11-11,4%-ə, “Yapı Kredi Bank”da 7,5%-dən 7%-ə dəyişdirilib.

Bütövlükdə banklar manat əmanətlərini 6-12,75% diapozonunda qəbul edir. Milli valyuta üzrə ən yüksək faizləri "Muğanbank", ən aşağı faizləri isə "Xalq Bank" təklif edir.

Banklar dollar əmanətlərini 0,1-3% diapozonunda cəlb edirlər. Ən sərfəli faizləri yüz faiz xarici kapitallı "Accessbank", yerli "Amrahbank", "Atabank" , "Bank of Baku", "BTB Bank", "GünayBank", "NBC Bank" və "Bank Nikoil" təklif edir.

Avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi “Ata Bank”da müəyyən olunub.

Məlumatların toplanmasında əsas kriteriya kimi vəsaitlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1000 manatı aşmaması götürülüb. Bu baxımdan icmala "Premium Bank" (minimum məbləğ 500 000 AZN), "Paşa Bank" (30 000 AZN), və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Aşağıdakı infoqrafikada Azərbaycanda fəaliyyət göstərən bankların əmanətlər üzrə təklif etdikləri faiz dərəcələri göstərilir: