Banka yeni sədr təyin edilib - Azərbaycanda

  • 10 Sentyabr, 2020 10:54
Banka yeni sədr təyin edilib - Azərbaycanda

“Günay Bank” ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.

“Finans.az” Banka istinadən xəbər verir ki, bu vəzifə Baratəli Piriyevə həvalə edilib.

O, indiyə qədər “Günay Bank”ın Müşahidə Şurası sədrinin I müavini olub və yeni vəzifəsində Zaur Əhmədovu əvəz edib.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.


Mənbə: report.az