Banka qoyulan əmanət nə qədər gəlir gətirir? - FAİZLƏR

  • 1 Mart, 2021 13:50
Banka qoyulan əmanət nə qədər gəlir gətirir? - FAİZLƏR

2021-ci ilin fevral ayında Azərbaycanda fəaliyyət göstərən iki bank əhalidən cəlb edilən manat əmanətləri üzrə faiz dərəcələrinə yenidən baxıb.

Finans.az"ın araşdırmasına görə, milli valyutada qəbul olunan depozitlərin faiz dərəcələri “Azərbaycan Beynəlxalq Bankı”nda 8,00-8,50 %-dən 7,00-7,50 %-ə endirilib, “Yelo Bank”da 9,00-9,50 %-dən 10,00-10,50 %-ə yüksəldilib.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 4,00-12,00 % diapozonunda qəbul edir. Ən yüksək faizi "Bank BTB", "Mugan Bank" və "Unibank" təklif edir.

Banklar dollar əmanətlərini 0,10-2,50 %-lə cəlb edirlər. Bu valyutada olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi “Bank BTB” və "Gunay Bank"dadır.

Avro əmanətləri üzrə faiz dərəcələri 0,01-1,10 % civarında dəyişir. Ən yüksək faiz dərəcəsini "Bank of Baku" təklif edir.

Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20 000 AZN), "Premium Bank" (20 000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunub:

Ən yüksək əmanət faizləri hansı banklardadır?