Bankı külli miqdarda ziyana salan departament müdirinin istintaqı bitib

  • 8 Noyabr, 2018 15:18
Bankı külli miqdarda ziyana salan departament müdirinin istintaqı bitib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Finans.az" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 12-nə təyin edilib.

İttiham aktına əsasən, A.Əhmədov "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək onlara qarşı, ümumilikdə, 312 851 manat məbləğində ziyan vurub. Həmin ziyandan 23 784 manat pul ödənilib.


Mənbə: report.az