Bank sektorunun xalis mənfəəti azalıb - Azərbaycanda

  • 21 aprel, 2021 17:21
Bank sektorunun xalis mənfəəti azalıb - Azərbaycanda

Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 148,8 milyon manat xalis mənfəət əldə edib.

“Finans.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% azdır.

3 ay ərzində bankların əməliyyat gəlirləri 666,1 milyon manat (1 il əvvələ nisbətən 1,4% az), əməliyyat xərcləri 430,7 milyon manat (2% az), xüsusi ehtiyatlara ayırmaları 53,6 milyon manat (11,4% çox), gözlənilməz xərcləri 0,9 milyon manat (1 il əvvəl cüzi olub), mənfəət vergisi ödəmələri isə 32,1 milyon manat (28,9% çox) təşkil edib.


Mənbə: report.az