“Bank Respublika”nın sahibləri ötən ilin mənfəətini bölüşdürmək üçün toplanacaq

“Bank Respublika” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Finans.az” xəbər verir ki, yığıncaq mayın 20-si saat 11:00-da şirkətin Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən bankın baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- İclasın sədrinin və katibinin təyin edilməsi.
- İclasın gündəliyinin təsdiq edilməsi.
- 2020-ci il üçün kənar audit yoxlamasının nəticələri haqqında.
- 2020-ci ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi haqqında.
- “Bank Respublika” ASC-də Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında.