“Bank of Baku”nun səhmdarlarının yığıncağı keçiriləcək

  • 21 may, 2021 08:24
“Bank of Baku”nun səhmdarlarının yığıncağı keçiriləcək

İyulun 6-da, saat 15:00-da “Bank of Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, toplantı bankın Bakı şəhəri, Atatürk prospekti, 42 ünvanında yerləşən inzibati binasında baş tutacaq.

İclasın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.