"Bank of Baku"nun kapitalı 2 dəfə artıb - MƏNFƏƏTDƏDİR

  • 19 İyul, 2019 16:26

"Bank of Baku" ASC 30 iyun 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci yarısı üzrə cəmi aktivləri 291 mln. 238 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azdır.

"Bank of Baku"nun kredit portfeli 1 il ərzində 7,7% azalaraq 172 mln. 158 min manat təşkil edib.

Sözügedən dövrə bankın depozit portfelinin həcmi 122 mln. 851 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26% azdır. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində16% azalaraq 219 mln. 503 min manat olub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə "Bank of Baku"nun cəmi kapitalında 2 dəfəyə yaxın (1,9) artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 71 mln. 735 min manata qalxıb.

MƏNFFƏTDƏDİR.

2019-cu ilin ikinci rübündə bankın xalis faiz gəlirləri 34 mln. 629 min manat, xalis qeyri-faiz xərcləri isə 35 mln. 196 min manat olub. Aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalarını 50 mln. manat azaldan bank mənfəətindən 8 mln. 356 min manat vergi ödəyib və 2019-cu ilin ikinci rübünü 40 mln. 39 min manat xalis mənfəətlə başa vurub.