Bank hesablarının aqreqatoru "Numbrs" startapı $40 milyon cəlb edib

  • 22 Avqust, 2019 15:31
Bank hesablarının aqreqatoru

"Numbrs" startapı son investisiya raundu çərçivəsində 40 milyon ABŞ dolları cəlb edərək qiymətləndirməsini 1 milyard dollara çatdırıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, raundda həm movcud həmdə kənar investorlar iştirak ediblər. Çoxu özəl olmaqla şirkətin 50-dən çox investoru var. Zürixdə 2014-cü ildə təsis ediləndən bu günə kimi startap 200 milyon dollar cəlb edib.

"Numbrs" şirkəti eyni adlı bank tətbiqini hazırlayıb. Onun vasitəsilə istifadəçilər bütün hesablarını bir yerdə saxlaya bilərlər. Servis gəlir və xərcləri təhlil etməyə, pul köçürməyə, loyallıq kartlarını istifadə etməyə, kredit rəsmiləşdirməyə və digər əməliyyatlara imkan verir.