"Bank BTB"də yeni təyinat olub

  • 14 Sentyabr, 2020 16:11

"Bank BTB” ASC-nin Maliyyə departamentinə yeni direktor təyin edilib.

“Finans.az” xəbər verir ki, Bankdan verilən məlumata görə, bu vəzifə Vüqar Rəfiyevə həvalə olunub.

O, bundan əvvəl "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin üzvü, eyni zamanda, Bankın Büdcə nəzarəti və mühasibat uçotu departamentinin rəhbəri vəzifəsində çalışıb.

Bank BTB


Mənbə: report.az