“BakuBus” bu şirkətlə 2 milyonluq sığorta müqaviləsi bağlayıb

  • 1 İyul, 2019 13:23
“BakuBus” bu şirkətlə 2 milyonluq sığorta müqaviləsi bağlayıb

“Baku Bus” MMC “PAŞA Sığorta” ASC-dən bir sıra sığorta xidmətlərinin satın alınması məqsədilə 2 mln. 5 min 281,44 manat ödəniş edib.

"Finans.az"ın əldə etdiyi məlumata görə, “PAŞA Sığorta” ASC ilə “Baku Bus” MMC-yə məxsus olan Neoplan, İveco, Mercedes Sprinter markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının və mikro avtobuslarının) və minik avtomobillərinin Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası üzrə 1 mln. 750 min 191,16 AZN dəyərində, Neoplan, İveco, Mercedes Sprinter markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının və mikro avtobuslarının) və minik avtomibillərinin Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin Könüllü Sığortası üzrə 13 min 510,8 AZN dəyərində, Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin Könüllü Sığortası üzrə 7 min 964,7 AZN dəyərində, Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) depo və dayanacaq məntəqələrində saxlanılması zamanı Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Könüllü Sığortası üzrə 138 min 747,45 AZN dəyərində, MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, 1 ünvanında və Nərimanov rayonu, 2037-ci məhəllə, 9-cu Köndələn küçəsi, 106H ünvanında olan Əmlakın (mebel, texnika və avadanlıq) Yanğın və Digər Əlavə Risklərdən Könüllü Sığortası üzrə 33 min 277,03 AZN dəyərində, Bakı şəhəri, Nərimanov rayonu, 2037-ci məhəllə, 9-cu Köndələn küçəsi, 106H ünvanında yerləşən əmlak kompleksi ərazisi ilə bir yerdə (bütün tikililər nəzərə alınmaqla) Daşınmaz Əmlakın İcbari sığortası üzrə 19 min 65,5 AZN dəyərində, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, 1 ünvanında yerləşən əmlak kompleksi ərazisi ilə bir yerdə (bütün tikililər nəzərə alınmaqla) Daşınmaz Əmlakın İcbari sığortası üzrə 42 min 524,8 AZN dəyərində tender müqaviləsi imzalanıb.