"Baktelekom" yenidən təşkil olunur

  • 24 Oktyabr, 2018 10:20

“Bakı Telefon Rabitəsi” MMC yenidən təşkil olunur.

"Finans.az" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışnda məlumat verilir.

MMC-nin yenidən təşkil olunmasına səbəb “Meqa-Telekom” MMC-nin, Rabitə Qurğularının Təmiri və Tikintisi İdarəsinin, Bakı Avtomat Telefon Qovşağının “Bakı Telefon Rabitəsi” MMC-yə qoşulmasıdır.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) öz fəaliyyətinə 1997-ci ilin 10 mart tarixindən başlayıb. 2017-ci ilin 19 iyul tarixində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi yenidən təşkil olunub və adını dəyişərək “Bakı Telefon Rabitəsi” MMC-yə çevrildiyini elan edib.