“Baktelekom” 342 min manata avadanlıq alacaq

  • 24 Oktyabr, 2018 14:04
“Baktelekom” 342 min manata avadanlıq alacaq

“Bakı Telefon Rabitəsi” MMC LTE (Long Term Evolution) avadanlıqları alacaq.

“Finans.az” xəbər verir ki, qurum bununla bağlı “Javelli Loqistik” şirkəti ilə müqavilə imzalayıb.

Qurumun LTE avadanlıqlarına 342 min 600 manat pul xərcləyəcək.