Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

  • 10 Dekabr, 2019 11:52
Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin "Stadler" şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.

"Finans.az" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova məlumat verib.

Onun sözlərinə görə, 371 oturacağı olan yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.

“Bununla da Azərbaycanda "Stadler" qatarlarının sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb sərnişin sıxlığıdır. İsveçrə şirkətindən "FLIRT" tipli, birmərtəbəli daha 6 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək”, - deyə “Azərbaycan Dəmir Yolları” rəsmisi qeyd edib.