Bakıya investisiya qoyuluşu 26% azalıb

  • 6 Mart, 2019 15:12
Bakıya investisiya qoyuluşu 26% azalıb

Bu ilin yanvar ayında Bakıda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 503,3 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% az vəsait yönəldilib.

“Finans.az” bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ümumi sərmayənin 37,3%-i dövlət, 62,7%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 56,5%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Bu ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,3%-ni tikinti, yenidənqurma və genişləndirmə, 8,3%-ni əsaslı təmir, 5,9%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 82,9%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.