Bakının ticarət dövriyyəsi 3,4% artıb

  • 2 Dekabr, 2019 10:13
Bakının ticarət dövriyyəsi 3,4% artıb

Bu ilin yanvar-oktyabr aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,4% artaraq 16 929,3 mln. manat təşkil edib.

“Finans.az” Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 7 748,2 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9% artaraq 9 181,1 mln. manata bərabər olub.

Məlumata əsasən, istehlak məhsullarının 28,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,1%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.