Bakının Sabunçu qəsəbəsində qaz kəsiləcək

  • 12 Sentyabr, 2019 09:45
Bakının Sabunçu qəsəbəsində qaz kəsiləcək

Bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində bir qrup abunəçinin qaz təchizatı dayandırılacaq.

"Finans.az" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, fasiləyə səbəb “Sabunçu-əhali” orta təzyiqli qaz xəttinin kipliyə sınaq işlərinin icra olunmasıdır.