Bakının məşhur oteli nizamnamə kapitalını azaldır

  • 12 Mart, 2020 11:39
Bakının məşhur oteli nizamnamə kapitalını azaldır

“Yeni Bilgəh Oteli” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

“Finans.az” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetində qeyd olunub.

Bununla belə, hazırda kapitalı 100,2 milyon manata olan hotelin bu rəqəmi nə qədər azaldacağı açıqlanmayıb. Kreditorlar 1 ay ərzində hotelin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qəbələ küçəsi, 94 ünvanına müraciət edə bilərlər.


Mənbə: report.az