Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib - VİDEO

  • 4 Mart, 2021 17:25
Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib - VİDEO

Azərbaycanda hoteldə karantin qaydaları pozulub.

"Finans.az"ın xəbərinə görə, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Park İnn” hotelinin “Dan ulduzu” zalında mükafatlandırma mərasimi keçirilib. Mərasimdə 50 nəfərdən artıq şəxs iştirak edib. Hətta ara məsafə belə gözlənilməyib.

Videogörüntülərdən də göründüyü kimi, mükafatlandırma mərasimində karantin qaydaları pozulub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.