Bakının əsas küçə və prospektləri dezinfeksiya ediləcək

  • 1 May, 2020 11:53
Bakının əsas küçə və prospektləri dezinfeksiya ediləcək

Sabah Bakıda küçə və prospektlərdə yenidən dezinfeksiya işləri aparılacaq.

“Finans.az” xəbər verir ki, paytaxtın kommunal strukturlarından verilən məlumata görə, mayın 2-də hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.