Bakının bu rayonunda yeni zavod istismara veriləcək

  • 4 Mart, 2021 15:04
Bakının bu rayonunda yeni zavod istismara veriləcək

Bakının Qaradağ rayonunda yaradılan gips əsaslı məmulatlar zavodunda hazırda son tamamlama işləri aparılır.

Bu barədə "Finans.az"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ildə 8 mln. kv.metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 23 milyon manat olan layihəyə Nazirlik investisiya təşviqi sənədi verib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.