Bakının bu rayonunda və digər şəhərlərdə su kəsiləcək

  • 2 İyul, 2019 17:27
Bakının bu rayonunda və digər şəhərlərdə su kəsiləcək

Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb.

"Finans.az" “Azərsu”ya istinadən xəbər verir ki, bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.