Bakının Suraxanı rayonunda su kəsiləcək

  • 21 May, 2019 10:09
Bakının Suraxanı rayonunda su kəsiləcək

Bu gün və sabah Bakının Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Finans.az" xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 21-22-də Suraxanı, Hövsan, Əmircan və Qaraçuxur qəsəbələrinə su fasilələrlə veriləcək.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.