Bakının bu rayonunda su kəsiləcək

  • 7 İyun, 2019 10:53
Bakının bu rayonunda su kəsiləcək

Bu gün və sabah Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

“Finans.az” bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb sözügedən küçədə yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulmasıdır.

"Yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik", - məlumatda qeyd olunub.