Bakının bu rayonunda su kəsiləcək

  • 3 Mart, 2020 15:32
Bakının bu rayonunda su kəsiləcək

Bu gün Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq.

“Finans.az” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, buna səbəb rayonun ərazisində su xəttində baş vermiş qəzanın aradan qaldırılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.