Bakının bu hissəsinə qazın verilişi dayandırılıb - SƏBƏB

  • 7 iyul, 2021 15:14
Bakının bu hissəsinə qazın verilişi dayandırılıb - SƏBƏB

Paytaxtın Yasamal rayonunun bir hissəsində, Elmlər Akademiyası metrostansiyası ətrafındakı binalara təbii qazın verilməsi müvəqqəti dayandırılıb.

“Finans.az”ın məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov açıqlamasında bildirib ki, qazın verilişi təmir işləri ilə əlaqədar dayandırılıb:

"Ərazidə 225 millimetr diametrində olan yeni polietilen qaz xəttinin mənbəyə qoşulma işləri aparılır. Əgər işlər qaydasında davam edərsə, 17:00-dək işlərin yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulub".


Mənbə: az.trend.az