Bakının bu ərazisində su kəsiləcək

  • 24 Aprel, 2019 10:12
Bakının bu ərazisində su kəsiləcək

Bu gün Bakının Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Finans.az" xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, fasilə Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilməsi ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.