Bakının bu ərazisində su kəsiləcək

  • 24 May, 2019 10:01
Bakının bu ərazisində su kəsiləcək

Bakının Nəsimi rayonunun Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Finans.az”a “Azərsu” ASC-dən bildirilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.