Bakının bir neçə rayonunda su kəsiləcək

  • 27 Avqust, 2020 12:41
Bakının bir neçə rayonunda su kəsiləcək

Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

Bu barədə "Finans.az"a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, bununla əlaqədar bu gün Şirvan və Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.