Bakının 2 rayonunda qaz kəsiləcək

  • 5 Sentyabr, 2019 09:42
Bakının 2 rayonunda qaz kəsiləcək

Bu gün səhər saat 10.00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə “Finans.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.