Bakının 14 qəsəbəsinin su və kanalizasiya sistemi yenidən qurulacaq

  • 31 Oktyabr, 2019 12:18
Bakının 14 qəsəbəsinin su və kanalizasiya sistemi yenidən qurulacaq

“Azərsu” ASC Bakının Binəqədi rayonunun Binəqədi, Biləcəri, 28 may, Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Buzovna, Dübəndi, Pirallahı rayonunun Pirallahı, Sabunçu rayonunun Bilgəh, Maştağa, Sabunçu, Zabrat, Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrinin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.

“Finans.az” xəbər verir ki, tenderlərin qalibləri “Protean Construction” ASC, “Araz İnşaatçı”, “Arko Təmir Tikinti Şirkəti”, “Express Xim Servis”, “Hidro İnşaat Servis”, “I and R Construction”, “Mühəndis Tikinti Layihə”, “Sənaye Tikinti” MMC-lər, və Türkiyənin “Eren İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin yerli filialı olub.

Qalib şirkətlərə ümumilikdə 12 436 025 manat ödəniləcək.

RayonQəsəbəQalib şirkətÖdəniləcək məbləğ (manat)
1BinəqədiBinəqədi“Protean Construction” ASC987 000
2BinəqədiBiləcəri“Protean Construction” ASC789 600
3Binəqədi28 may“Sənaye Tikinti” MMC789 600
4XəzərMərdəkan“Arko Təmir Tikinti Şirkəti” MMC1 283 100
5XəzərŞüvəlan“Eren İnşaat Sanayi ve Ticaret” AŞ2 270 100
6XəzərBuzovna“Hidro İnşaat Servis” MMC789 600
7XəzərDübəndi“I and R Construction” MMC690 885
8PirallahıPirallahı“I and R Construction” MMC986 840
9SabunçuBilgəh“Hidro İnşaat Servis” MMC493 500
10SabunçuMaştağa“Express Xim Servis” MMC789 600
12SabunçuSabunçu“Mühəndis Tikinti Layihə” MMC296 100
11SabunçuZabrat“Mühəndis Tikinti Layihə” MMC296 100
13SuraxanıƏmircan“Araz İnşaatçı” MMC987 000
14SuraxanıBülbülə“Araz İnşaatçı” MMC987 000
Cəmi12 436 025

Mənbə: report.az