Bakıdan Sumqayıta və Xırdalana avtobusların sayı artırılır

  • 13 Sentyabr, 2019 13:51
Bakıdan Sumqayıta və Xırdalana avtobusların sayı artırılır

Azərbaycanda yeni tədris ilinin başlaması ilə əlaqədar sentyabrın 15-dən Bakıdan Sumqayıta və Xırdalana hərəkət edən avtobusların sayı artırılacaq.

"Finans.az" xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, məqsəd tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın qarşısını almaqdır: "Bunun üçün daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib. Əsasən 595, 535523 saylı marşrut xətlərinə tələbat çox oluğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub".