Bakıdan bölgələrə xüsusi qrafiklə avtobus reysləri olacaq

  • 19 Mart, 2020 11:02
Bakıdan bölgələrə xüsusi qrafiklə avtobus reysləri olacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksi şəhərlərarası avtobus reyslərini davam etdirir.

“Finans.az” xəbər verir ki, bu barədə Kompleksin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

Onun sözlərinə görə, xüsusi qrafiklə həyata keçirilən reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng etmək, eyni zamanda info@avtovagzal.az e-poçt ünvanına və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yazmaq olar.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmaması məqsədilə bu gündən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna buraxılması bu gündən dayandırıb. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələri və onların sərnişinləri martın 29-na qədər Abşeron yarımadasına buraxılmayacaq.