Bakıda zibil qutularına çiplər quraşdırılacaq

  • 2 Oktyabr, 2019 13:24
Bakıda zibil qutularına çiplər quraşdırılacaq

Bu ilin sonunadək kağız, karton, plastik, şüşə və metal tullantılarının toplanması üçün nəzərdə tutulan narıncı konteynerlər xüsusi çiplərlə təchiz olunacaq.

"Finans.az" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, bu, konteynerlərin dolduğu barədə operativ məlumat əldə etməyə imkan yaradacaq: "Məişət tullantıları üçün nəzərdə tutulan narıncı konteynerlər xüsusi avtomobillərlə yığılır. Layihə Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə icra olunur".


Mənbə: apa.az