Bakıda və Şəmkirdə qaz xətləri yararsız hala düşüb

  • 13 Yanvar, 2020 15:49
Bakıda və Şəmkirdə qaz xətləri yararsız hala düşüb

Bu gün Bakının Xəzər rayonunun Zirə Südçülük ərazisində yük avtomobili ilə diametri 108 mm olan qaz xəttini vuraraq tamamilə yararsız hala salıblar.

Bu barədə “Finans.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qəzanı törədən avtomobil qırılan qaz xətlərini yerləşdiyi yerdən 20 metr kənar məsafəyə sürüyərək aparıb. Hazırda 450 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bundan başqa, bu gün Şəmkir rayonunun Sabirkənd ərazisində də eyni diametrdə olan qaz xəttini kranla vuraraq qırıblar. Sözügedən ərazidə 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.