“EuroHome”da güclü yanğın başlayıb

  • 10 Dekabr, 2019 09:22
“EuroHome”da güclü yanğın başlayıb

Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb.

“Finans.az” xəbər verir ki, Binəqədi rayon ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarı yanır.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Mənbə: report.az