Bakıda piyada keçidlərinin işıqlandırılmasına başlanılıb

  • 31 Yanvar, 2020 16:54
Bakıda piyada keçidlərinin işıqlandırılmasına başlanılıb

Bakının Üzeyir Hacıbəyov və Puşkin küçələrindəki piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılmasına başlanılıb.

“Finans.az” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, bununla da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olması asanlaşacaq. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz, rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq. Bu yenilik gələcəkdə digər yollarda xüsusən, ətraf kənd və qəsəbələrdəki yollarda da tətbiq ediləcək.