Bakıda “Partners and Business” sərgisi açıldı

  • 20 fevral, 2020 11:26
Bakıda “Partners and Business” sərgisi açıldı

Bu gün Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi başlayıb.

“Finans.az” xəbər verir ki, sərginin təşkilatçıları İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), “Kapital Bank” ASC və “Marsol” MMC-dir.

Sərgidə sənaye, kənd təsərrüfatı, o cümlədən qida məhsullarının istehsalı, eləcə də informasiya və kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və s. sahələrdə fəaliyyət göstərən 150-yə yaxın yerli şirkət iştirak edir, məhsul və xidmətlərini təqdim edir.

Tədbiri giriş sözü ilə KOBİA-nın nümayəndəsi rəsmisi Nadir Adilov açıb. O, bildirib ki, sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Daha sonra ASK-nın vitse-prezidenti Vüqar Zeynalov çıxış edib.