Bakıda orta aylıq nominal əmək haqqı 3,5% artıb

  • 28 Avqust, 2019 17:35
Bakıda orta aylıq nominal əmək haqqı 3,5% artıb

Bu ilin yanvar-iyun aylarında əvvəlki ilin analoji dövrü ilə müqayisədə Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,5% artaraq 816,8 manat olub.

"Finans.az" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.